Teleqraf.com xəbər verir ki, bununla bağlı Pentaqonun rəsmi nümayəndəsi CNN-ə danışıb.
O bildirib ki, olay ABŞ qırıcılarının Suriyada keçirdiyi anti-terror əməliyyatı zamanı baş verib:
"Hücum nəticəsidnə çox sayda terrorçu öldürülüb. Bununla yanaşı, atılan raketlərdən biri Əl-Cina məscidinə düşüb. Hadisə zamanı dinc sakinlər həlak olub".
Qeyd edək ki, Suriya tərəfi hücum nəticəsində 46 dinc sakinin öldüyünü, onlarla şəxsin yaralandığını bildirmişdi.
Samir