Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. .
ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşən danışıqlarda mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin dayanıqlı rejimə keçirilməsi məsələləri müzakirə edilib.
Tərəflər həmçinin Rusiya-ABŞ təmaslarındakı problemlərin həlli ilə bağlı da fikir mübadiləsi aparıblar.