Teleqraf.com xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının sabiq sədri, deputat Dəniz Baykal dünən Türkiyənin sabiq prezidenti Abdulla Gülün açıqlamasını şərh edərkən deyib.
Qeyd edək ki, Dəniz Baykal mətbuata açıqlama verməyib, sadəcə olaraq tanınmış köşə yazarı Əhməd Hakanla söhbəti zamanı mövqeyini açıqlayıb.
Dəniz Baykal qeyd edib ki, Abdulla Gülün mətbuatın qarşısına çıxaraq öz barəsində deyilənləri şərh etməyə məcbur olmasının günahkarı heç bir halda o deyil: “Bu, tamamilə hakim partiya mühitində inkişaf edən prosesdir. Ancaq görünən odur ki, hörmətli Abdulla Gül prezidentliyə namizəd olacağına dair bu günə qədər deyilənləri birmənalı şəkildə təkzib etmək niyyətində deyil”.
Xatırladaq ki, ötən gün Abdulla Gül prezidentliyə namizəd olacağına dair gəzən söz-söhbətlərin yalan olduğunu bildirib. Onun açıqlamasında Dəniz Baykal üstüörtülü şəkildə tənqid edilib.
Cavad