16 İyul 2014 00:34

BMT baş katibi Pan Gi Mun "Həmas"a müraciət edib.

ANS PRESS-in məlumatına görə, BMT baş katibi "Həmas"dan Misirin atəşkəs çağırışına müsbət cavab verməsini istəyib.

BMT baş katibinin sözçüsü Farhan Haq jurnalistlərə verdiyi açıqlamada Pan Gi Munun Misir prezidenti Abdulfəttah əs-Sisi ilə telefon danışığı olduğunu və atəşkəs mövzusunda dəstək verdiyi söyləyib.

İsrailin "atəşkəs təklifini qəbul etməyə hazır" olması və Fələstin rəhbərliyinin dəstəyinə baxmayaraq qarşıdurmaların davam etməsinin baş katibi narahat etdiyini deyən Farhan Haq hər şeyin "Həmas"dan asılı olduğunu deyib.

Qeyd edək ki, İsrail atəşkəsə razı olduğunu bildirsə də yenidən Qəzzanı bombalamağa başlayıb.

İndiyə kimi Qəzza zolağında İsrail tərəfindən aralarında uşaq və yaşlıların da olduğu 189 nəfər öldürülüb.


Müəllif:
Загрузка...