7 May 2017 11:00
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bu ölkədəki həmkarı Cozef Danfordla görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdə Türkiyə tərəfdən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Hakan Fidan və prezidentin sözçüsü İbrahim Qalın da iştirak edib.

Görüş zamanı terrorçuluqla mübarizə, Suriya və İraqdakı vəziyyət müzakirə edilib. Qeyd edək ki, mayın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşmək üçün bu ölkəyə səfər edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər