7 May 2017 23:39
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyada ABŞ vətəndaşı həbs edilib.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, dövlətə qarşı plan hazırlamaqda şübhəli bilinən ABŞ vətəndaşı, Pxenyan Elm və Texnologiya Universitetində (PUST) işləyən Kim Hak-song mayın 6-da saxlanılıb.

Hazırda daha üç nəfər ABŞ vətəndaşı, o cüməldən PUST-da dərs verən Kim Sang-duck Şimali Koreyada saxlanılır.

Kim Hak-sonqun ittiham olunduğu maddələr üzrə araşdırmalar aparılır. İttihamın detalları açıqlanmayıb.

PUST-da əsasən Şimali Koreya elitasının uşaqları oxuyur.

Bu universitet 2010-cu ildə, koreyalı-amerikalı xristian iş adamı tərəfindən təsis olunub. Onu əsasən ABŞ və Cənubi Koreyada yerləşən xristian xeyriyyə təşkilatları maliyyələşdirir.
Universitetdə bir sıra xarici müəllim dərs deyir.


Müəllif:

Oxşar xəbərlər