8 May 2017 09:42
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şizofreniya dedikdə hərəkətlərində, duyğularında anormallıq olan insan ağla gəlir. Həmin insanların öz dünyası olur. Onların həyatı, yaşamı barədə bilmədiyimiz çox şeylər var.

Teleqraf.com xəbər verir ki, Yutub paylaşım şəbəkəsində yerləşdirilmiş bir videoda şizofreniyalı insana verilmiş suallar və alınan tükürpədici cavablar haqqında danışılır.

Eros Bram adlı şizofren bir yazar “Mənə nəsə de” (Ask me anything) başlığı altında ona verilən sualları cavablandırıb.

Cavablar qəribəliyi, qeyri-adiliyi ilə diqqət çəkir.

Sual: “Eşitdiyin iç səsləri və gördüyün insanları təsvir edə bilərsənmi?”

Cavab: “Qulağıma gələn daxili səslər bədənimdə yaşayır. Bir bədənə sığınmış müxtəlif insanlar kimidirlər. Bir şey elədikdə, istədikdə içimdəki varlıqlar həmin dəqiqə münasibət bildirirlər. Lakin bədənin sahibi mən olduğum üçün onlar mənə tabedilər. Onlardan ikisini qadın adlandıra bilərəm. Biri boşluq, digəri kiçik qız. Üçüncü isə Şeytan adlı biridir. O, məni özümü öldürməyə məcbur edir. Lakin mən iradəmə güc gəlirəm, bunu heç vaxt eləmirəm”.

Sual: “Bu üç varlığı nə vaxtdan duymağa və görməyə başladın?”

Cavab: “İki yaşımda səslər eşitməyə başladım, bunu hiss etdim”.

Sual: “Onlardan soruş gör, arzularını bildirmək imkanları olsaydı, nə istəyərdilər?”

Cavab: “Şeytan cəhənnəmdə ölməyimi, kiçik qız ona ayrıca bədən verilməsini, boşluq isə pul, maşın istəyir...”

Videonu təqdim edirik.

Şəfiqə Nazimqızı



Müəllif:

Oxşar xəbərlər