8 May 2017 10:01
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Müdafiə naziri Hüseyn Dehqan Livanın “Əlminar” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd ibn Salmanın bir neçə gün əvvəl İranla bağlı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Səudiyyə hökumətini təhdid etməkdən belə çəkinməyib.

Jurnalistin “Səudiyyə Ərəbistanının regionda cərəyan edən münaqişəni İran torpaqlarına yönləndirməyə gücü varmı” sualını cavablandıran Hüseyn Dehqan bildirib ki, əgər Ər-Riyad İrana qarşı düşünülməmiş hər hansı bir addım atarsa, Tehranın sərt və kəskin cavabı ilə qarşılacaq:

“Onlar güman edirlər ki, güclü hava qüvvələri var və bizə qarşı istədikləri addımı ata bilərlər. Mən isə Səudiyyə hökumətinə tövsiyə edirəm ki, belə bir düşünülməmiş hərəkətə yol verməsinlər. Əgər onlar belə bir axmaqlıq etsələr, biz də bu ölkədə Məkkə və Mədinə şəhərlərindən başqa təhlükəsiz yer qoymayacağıq”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd ibn Salman mayın 2-də MBC telekanalına müsahibəsində İranın bölgədə yaymaq istədiyi radikal şiə ideologiyasından və rəsmi Tehranın qonşu ərəb ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

Samir


Müəllif:

Oxşar xəbərlər