8 May 2017 12:33
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, bütün qırmızı xətlərin ən qırmızısıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının rəhbəri Jan-Klod Yunker Türkiyədə edam cəzasının tətbiqi ehtimalına münasibət bildirərkən deyib.

Almaniya nəşrlərindən birinə müsahibə verən Jan-Klod Yunker bildirib ki, edam cəzasının yenidən tətbiqi Türkiyənin Avropa ailəsini qəti şəkildə rədd etməsi anlamına gələcək: "Bu, əlaqələrin birdəfəlik kəsilməsinə səbəb olacaq".

Yunkerin sözlərinə görə, Avropa Şurasının üzvü və Avropa Birliyi üzvlüyünə namizəd olan Türkiyə təməl prinsiplər olan insan haqları, hüququn üstünlüyü və insan azadlıqlarına riyaət etməyə borcludur: "May ayının sonunda NATO zirvəsi zamanı Rəcəb Tayyib Ərdoğanın bütün sualları açıq cavablandırmaq fürsəti olacaq. O, Türkiyənin gələcəyini necə görür: Avropa ilə, yoxsa ayrı? Mən Türkiyənin Avropa ilə olmasını arzulayiram".

MAHİR


Müəllif:

Oxşar xəbərlər