8 May 2017 20:42
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-da Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla müzakirələr aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı əsas beynəlxalq problemlərə və ikitərəfli əlaqələrin aktual məsələlərinə dair fikir mübadiləsi aparılacaq. Daha sonra S.Lavrov Ferbenksdə Arktika Şurasının nazirlər toplantısında iştirak edəcək.

ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada isə bildirilib ki, xarici siyasət idarəsi rəhbərləri Ukrayna, Suriya böhranı və Rusiya-ABŞ əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcəklər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər