9 May 2017 14:45
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya parlamenti niqab taxan xanımları 150 avro cərimə edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, artıq bununla bağlı qanun layihəsi parlamentə daxil olub. Parlamentdə təmsil olunan Sosial Demokrat və Xalq partiyaları layihəni dəstəkləyir.

Qanun layihəsinin bu ilin oktyabrından etibarən qüvvəyə minəcəyi bildirilir. Qanuna əsasən, niqab örtüyündən istifadə edərək sifətini bütövlükdə bağlayan xanımlar 150 avro cərimə ediləcək.

Qanun bu qadağanı ictimai nəqliyyat vasitələri daxil olmaqla məktəb və universitetlərdə tətbiq etməyi nəzərdə tutur.

Bununla belə, qadağa səhiyyə, idman və digər səbəblərdən maska taxan insanlara şamil edilməyəcək.

Qeyd edilir ki, qanun tətbiq edilənə qədər qaçqınlar daxil olmaqla xaricdən gələn şəxslərə Avstriya dəyərlərini izah edən kurslar vasitəsilə iş aparılacaq.

Həmçinin qanunla radikal fikirlər ehtiva edən kitab, jurnal və digər nəşrlərin təbliği və insanlara paylanması da qadağan edilir.

Cavad


Müəllif:

Oxşar xəbərlər