9 May 2017 19:28
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pxenyan özünün raket-nüvə proqramından imtina etsə, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Diplomatik mənbəyə istinad edən agentlik qeyd edir ki, ABŞ-ın yeni administrasiyasının mövqeyini Pxeynaya Şimali Koreyanın yaxın müttəfiqi Çin çatdırıb.

Qeyd olunur ki, raket-nüvə proqramından imtina edəcəyi təqdirdə Tramp Kim Çen Inı ABŞ-a dəvət etməyə hazırdır.

“Kyodo” onu da bildirib ki, Vaşinqton, həmçinin, Pekini Pxenyana qarşı hərbi tədbirlər görməyə hazırlaşmadığı və raket-nüvə proqramından imtina edəcəyi təqdirdə Şimali Koreya rejiminin qorunub saxlanılacağına zamin duracağı barədə məlumatlandırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər