9 May 2017 17:22
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) 16 aprel referendumundan sonra silkələnmə davam edir.

Teleqraf.com xəbər verir ki, CHP sədri Kamal Kılıcdaroğlunun istefa verəcəyi xəbərlərindən sonra partiya rəhbəri olmaq üçün namizədlər ortaya çıxmağa başlayıb.

CHP-nin Yalovadan olan deputatı Məhərrəm İncə ilkin mərhələdə partiya strukturlarında lazımı qədər imza toplayacağı təqdirdə CHP sədrliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.

CHP sədri Kamal Kılıcdaroğlunun "Partiyanı daxildən zəiflətmək üçün Saraydan (Prezident Administrasiyası) təlimat verilib və bunun üçün bəziləri şüurlu, bəziləri şüursuz olaraq bu layihəyə xidmət etməyə başlayıb" –sözlərinə Məhərrəm İncə sərt reaksiya verib:

"Mənə "saray təlimatı ilə hərəkət edirsən" deyən adama bu dünyanı dar edərəm. Belə iftiralarla bizi harasa bağlaya bilməzlər".

Qeyd edək ki, CHP-nin bundan əvvəlki qurultayı zamanı da Məhərrəm İncə Kamal Kılıcdaroğluna rəqib olub.

Cavad


Müəllif:

Oxşar xəbərlər