9 May 2017 20:26
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya arasındakı münasibətlərin normallaşdırılması üçün əsas şərt Amerikanın sabiq prezidenti Barak Obama tərəfindən atılan qıcıqlandırıcı addımları aradan qaldırmaqdan ibarətdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ Dövlət katibinin müavini Tomas Şennonla telefon danışığı zamanı deyib.

Onun sözlərinə görə, bu addımlardan biri Rusiyanın ABŞ-dakı diplomatik əmlaklarının faktiki müsadirəsidir:

"İki ölkə arasında münasibətləri maraqlandıran məsələləri müzakirə etdik. Mən vacib şərtləri cənab Şennona çatdırdım".

Samir


Müəllif:

Oxşar xəbərlər