10 May 2017 19:25
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxsaylı xarici liderlərin Qələbə Paradında iştirakı nəzərdə tutulmamışdı. Çünki bu il yubiley ili deyildi.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Vladimir Putin Bişkekə səfəri zamanı Moldova Prezidenti İqor Dodonu Moskvadakı Qələbə Paradına şəxsən dəvət edib. Digər beynəlxalq iştirakçıların parada dəvət olunması məsələsi nəzərdən keçirilməyib.

Qeyd edək ki, İqor Dodon Qızıl Meydandakı hərbi paradı seyr edən yeganə xarici ölkə prezidenti olub. Moldova Prezidenti son 15 ildə ilk dəfə olaraq Böyük Vətən Müharibəsində qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edib. Parad başa çatdıqdan sonra iki ölkə prezidenti Kreml divarları önündəki Naməlum Əsgər Məzarı önünə əklil qoyublar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər