10 May 2017 20:58
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makrondan Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi xahiş edib.

Teleqraf.com xəbər verir ki, siyasətçi bununla bağlı “Feysbuk” sosial şəbəkəsində məlumat yerləşdirib. N.Savçenko məlumata məktubun surətini də əlavə edib.

“Sizə Rusiya Federasiyasına qarşı sanksiyaları saxlamaq və hətta gücləndirmək xahişi ilə müraciət edirəm. Bu ölkə ancaq gücü və qətiyyəti anlayır. Hansı ki, şəxsən siz və sizin ölkəniz dünya liderlərindən biri kimi gücə və qətiyyətə maliksiniz”, -deyə məktubda bildirilir. Bundan əlavə Savçenko Makrona və fransız xalqını təbriklərini çatdırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər