11 May 2017 12:22
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürkü təhqir edən alçaqların ortaq özəllikləri

“Hürriyyət” qəzetinin köşə yazarı Ahmet Hakan Atatürkü təhqir edənlərə köşə yazısı ilə cavab verib.

Teleqraf.com xəbər verir ki, yazar İlber Hocanın təbirincə, həmin insanların istisnasız olaraq hamısının qaba və qorxaq, ürkək olduğunu bildirib.

Ahmet Hakan qeyd edib ki, onların yaşayışlarını Atatürkə iftira və təhqir təşkil edir: “Dəqiqədə 49 iftira atmaq bacarığına sahibdirlər. İftira atmaq və həqarət etməkdən xaric Atatürkə dair edə biləcəkləri tək bir şey belə yoxdur. Kaş ki, “yunan işğalı uğurlu ola biləydi” deyəcək qədər başdanxarabdırlar. Burunlarını Atatürkün yataq otağına soxacaq qədər xəyanətkardırlar. İffətli bir qadına iftira atmağın o biri dünyadakı bədəlini unudacaq qədər alçalmışdırlar. Heysiyyatın nə olduğunu bilməzlər”.

Yazar qeyd edib ki, bunlar Atatürkə dil uzatmağın çox riskli olduğu dönəmlərdə susacaq qədər qorxaqdırlar: “Müsəlmanlıq adına əxlaqsızlıq edilə biləcəyinə inanacaq qədər müsəlmanlıqdan uzaqdırlar. Zehnləri, ilgiləri, maraqları hamısı bellərinin altındadır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər