Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Komi məktubunda ölkə prezidentinin FTB direktorunu hər hansı səbəbdən və ya heç bir səbəb olmadan qova biləcəyinə inandığını deyib: “Bu qərar və ya onun həyata keçirilmə forması haqda düşünməyəcəyəm. Ümid edirəm ki, siz də belə edəcəksiz. Sizin üçün çox darıxacağam”.
FTB-nin sabiq direktoru daha sonra məktubunda ABŞ-ın qarışıq bir dövrdə olduğunu qeyd edib: “Amerika xalqı bu qarışıqlıq dövründə FTB-ni dürüstlük, ləyaqət və müstəqillik qayası kimi görməlidir”.
Sonda Ceyms Komi FTB-dan ayrılmağın çətin olduğunu da qeyd edib.
Cavad