Teleqraf.com xəbər verir ki, Binəli Yıldırım Londona Somali Konfransında iştirak etmək məqsədilə səfər edib.
Xatırladaq ki, son günlər Vaşinqton-Ankara münasibətlərində gərgin durum hökm sürür. Buna səbəb isə ABŞ-ın Suriya kürdlərinə silah-sursat ayırmasıdır. Bununla əlaqədar olaraq, hazırda Türkiyə-Amerika arasında ciddi diplomatik təmaslar aparılır. Rəsmi Ankara Vaşinqtonun Suriyada İŞİD-ə qarşı mübarizədə kürd qruplarına hər cür dəstək verməsinə etiraz edir.
Cavad