12 May 2017 11:05
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun sabiq direktoru Ceyms Komi vəzifəsindən azad olunduqdan sonra ilk dəfə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Komi ABŞ prezidenti Donald Trampın onu istefaya göndərməsi səbəbini açıqlayıb: "Tramp inauqurasiya mərasimindən 1 həftə sonra məni qəbul etdi. Biz bir yerdə nahar etdik. Seçkilər və inauqurasiya mərasimindən danışdıq. Sonra Tramp söhbətin mövzusunu dəyişdi və məndən ona sadiq olacağıma and içməyimi istədi. Mən isə cavabımda onunla səmimi olacağıma söz verdim. Düşünürəm ki, qovulmağıma səbəb ABŞ prezidenti Donald Trampa sədaqət andı içməkdən imtina etməyim olub".

Qeyd edək ki, Tramp mayın 9-da Komini istefaya göndərib.

Samir


Müəllif:

Oxşar xəbərlər