Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, xaricdə yaşayan İran vətəndaşlarının 3 ölkədə seçkilərə qatıla bilməyəcəyini deyib:
“Biz xarici ölkələrdə yaşayan həmvətənlərimizin qarşıdan gələn prezident seçkilərində iştirakını təmin etmək üçün bir ay əvvəldən tədbir görmüşük. Bunun üçün dünyanın 103 ölkəsindəki 133 nümayəndəliyimizdə 286 səsvermə məntəqəsi nəzərdə tutulub. Həmvətənlərimiz isə həmin məntəqələrə gedib öz səslərini sandığa sala bilərlər. Lakin bizim Səudiyyə Ərəbistanı, Sudan və Kanada ilə diplomatik əlaqələrimiz olmadığına görə bu üç ölkədə yaşayan iranlılar seçkilərdə iştirak edə bilməyəcək.
Bizim Səudiyyə Ərəbistanında və Sudanda yaşayan həmvətənlərimizin sayı çox deyil. Lakin Kanadada 400 minə yaxın iranlı yaşamasına baxmayaraq, təəssüflər olsun ki, onların seçkilərdə iştirakını təmin etmək üçün göstərdiyimiz səylər nəticəsiz qaldı və biz bunun üçün heç bir yol tapa bilmədik”.
Xatırladaq ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif mayın 10-da jurnalistlərə açıqlamasında Kanadada yaşayan İran vətəndaşlarının seçkilərdə iştirakı qarşısında mövcud maneələrdən danışmışdı: “Təəssüflər olsun ki, Kanada qanunlarına görə, xarici vətəndaşların səs verməsi yalnız diplomatik məkanlarda olmalıdır. Kanadada yaşayan vətəndaşlarımıza tövsiyə edirik ki, seçkilər günü səs vermək üçün Amerikya getsinlər".
Samir