16 İyul 2014 14:02

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi həddindən artıq çox su işlədən vətəndaşları cərimələyəcək.

Cərimənin hər gün üçün 500 ABŞ dolları civarında olacağı gözlənilir. Hazırda əsasən küçələri suvarmaq üçün nəzərdə tutulan sudan danışılsa da, evlərdə istifadə edilən suyun həcmi də getdikcə çoxalır.

Bu qadağalar ştatda son 40 il ərzində ən şiddətli quraqlıqla bağlıdır. Yerli instansiyalar su ehtiyatlarını qoruyub saxlamağa çalışsalar da, son müddət ərzində həyat mənbəyinin istifadə həcminin artıma doğru getdiyi bildirilir.

Cəriməyə gəlincə, asfaltı, səbəbsiz yerə həyəti, iki dəfədən artıq qazonu sulayan hər bir vətəndaş cərimə olunacaq.

Quraqlıq artıq 3 ildir davam edir. İlkin hesablamalara görə, təbiət şıltaqlığı ölkə büdcəsinə 2 milyard dollara qədər ziyan vuracaq.

Eyni zamanda 17 min nəfərin işsiz qalacağı gözlənilir.

Belə ki, fermerlər öz torpaqlarını tərk etmək məcburiyyətindədirlər.

Ülviyyə


Müəllif:
Загрузка...