Teleqraf.com xəbər verir ki, UNİCEF-in təqdim etdiyi illik hesabatda ən çox uşaq hüquqlarının pozulduğu ölkələr bu cür qruplaşdırılıb:
) Avstraliya: hər il 50000 uşaq
2) ABŞ: 20000 uşaq
3) Əfqanıstan: 18 000 uşaq. Burada uşaqlar xüsusilə terror təşkilatlarının əlinə düşməsin deyə, hökumət mübarizə aparır.
4) Böyük Britaniya: Bu ölkədə 18 yaşdan yuxarı kişilərdən hər 200 nəfərdən 1-i pedofildi. Təkcə İngiltərədə 16 min uşağın zorakılığa məruz qaldığı faktı qeydə alınıb.
5) Rusiya: Hər il 11000 uşaq
6) Zimbabve: Hökumətin rəsmi rəqəmlərinə görə son 4 ildə 30 mindən çox uşaqlar müxtəlif növ zorakılığa məruz qalıb, hüquqları pozulub.
7) Botsvana: Afrikada səhiyyə sisteminin bərbadlığı ilə məşhurdur. Burada hər il ortalama 10 min uşağın hüquqlarının pozulduğu və uşaq ölümlərinin yüksək olduğu qeydə alınır.
8) Hindistan: Bu ölkədə 2001-ci ildə 2000 uşağın hüquqlarının pozulduğu rəsmi qeydiyyata alınıbsa, bu rəqəm ötən il 8 minə yüksəlib.
9) Banqladeş: Rəsmi rəqəmlərdə 4000 uşağın hüquqlarının pozulduğu qeyd olunsa da, əkrəs ailələr bu halları gizlədiyi üçün, rəqəmin daha böyük olduğu düşünülür. Burada uşaqlar şiddətə, cinsi zorakılığa qeydə alınma çoxluğuna diqqət çəkir.
10) CAR: bura təkcə idman yarışlarını təşkil edən ölkə kimi yox, eləcə də, bərbad səhiyyə sistemi və uşaq istismarı ilə məşhurdur. Burada ötən il 3200 uşağın təcavüzə və şiddətə məruz qaldığı qeyd olunub.
Hesabatda uşaqlara qarşı ən çox fiziki, cinsi və psixoloji istismarın isə Afrika qitəsində qeydə alındığı vurğulanır.
İlhamə ƏBÜLFƏT