Teleqraf.com RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Putin Türkiyə Prezidenti Ərdoğan ilə qısaca danışıb. Bu yaxınlarda baş tutan Soçi dialoqunun davam etdirilməsi də söhbət mövzusu olub", - deyə Peskov jurnalistlərə bildirib.