Cənubi Koreya silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi bildirib ki, raket Şimali Koreyanın şimal-qərbində yerləşən Pxyonan-pukto əyalətindəki Kusonun yaxınlığındakı nöqtədən yerli vaxtla səhər saat 5:30 dəqiqədə şərq istiqamətində buraxılıb. Məlumatda qeyd edilir ki, 700 kilometrdən çox uçan raket Yapon dənizinə düşüb.
Bu, mayın 10-da Cənubi Koreyanın yeni prezidenti Mun Ce-inin öz vəzifələrinin icrasına başlamasından sonra həyat keçirilən ilk raket buraxılışıdır.
Cənubi Koreya silahlı qüvvələri raket buraxılışı ilə əlaqədar informasiyaların toplanması və təhlilini davam etdirir.
Prezident Mun Ce-in silahlı qüvvələrin qərargah rəislərinin birləşmiş komitəsinə təcili iclas keçirilməsi barədə göstəriş verib.
Bu gün səhər Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlər üçün brifinqdə deyib ki, raket 30 dəqiqə ərzində 800 kilometrə yaxın məsafə qət edərək, Koreya yarımadasından 400 kilometr şərqdə Yapon dənizinə düşüb. Baş katib əlavə edib ki, raketin düşdüyü ərazi Yaponiyaya məxsus iqtisadi zonadan kənarda yerləşir.
Ballistik raket buraxılışına Rusiya Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirlik bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri raketin buraxılışını qeydə alıblar. Müdafiə Nazirliyi raketin Rusiya sərhədi istiqamətində hərəkət etdiyini və sərhədin 500 kilometrliyinə düşdüyünü bildirib: "Hazırda Rusiyanın raket hücumundan xəbərdaretmə sistemləri və Hava Hücümundan Müdafiə Qüvvələri planlaşdırılmış rejimdə döyüş növbəsi çəkirlər".
Qeyd edək ki, ABŞ administrasiyasının yaydığı bəyantda raketin Yaponiya yaxınlığına deyil, Rusiya yaxınlığına düşdüyünü bildirib. Pentaqonun məlumatına görə, söhbət qitələrarsı ballistik raketdən getmir.
Səxavət