14 May 2017 22:10
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkilərinin şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilib. Seçici siyahıları nəzərdən keçirilərək yenidən hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın daxili işlər naziri Ədürrza Rəhmani Fəzli deyib. Onun sözlərinə görə, 80 milyon əhalisi olan İranda 56 milyon 500 min nəfərin səsvermə hüququ var. Ölkə üzrə 64 min seçki məntəqəsi təşkil olunub. Seçkilərdə təhlükəsizliyin təmin olunmasına 160 min polis əməkdaşı cəlb edilib.

Nazir bildirib ki, seçici siyahısında adı olmayan bülleten alıb səs verə bilməyəcək. Namizədlərin nümayəndələrinin seçki prosesini və səslərin sayılmasında iştirakı təmin ediləcək.

Seçki prosesindən və səslərin sayılmasından narazı qalan namizəd 3 gün müddətində Konstitusiyaya Nəzarət Şurasına şikayət ərizəsi ilə müraciət edə bilər.

Xatırladaq ki, mayın 19-da İranda növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə 6 nəfər namizəd qeydiyyata alınıb. Lakin əsas mübarizənin indiki Prezident Həsən Ruhani ilə İbrahim Rəisinin arasında olacağı ehtimal edilir.


Müəllif:

Oxşar xəbərlər