15 May 2017 10:17
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda keçirilən mer seçkisinin nəticələri açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ermənistan Mərkəzi Seçkilər Komissiyası məlumat yayıb.

Nəticələrə əsasən, Respublika partiyası 71,25 faiz səslə qalib gəlib. İkinci yeri 21 faiz səslə "Çıxış" bloku, üçüncü yeri isə 7,75 faizlə "Əriklər ölkəsi" partiyası tutub.

Beləliklə, İrəvanın hazırki meri, Respublika partiyasının proporsional siyahısına başçılıq edən Taron Markaryan vəzifəsində qalıb. O, bu vəzifəni daha 5 il icra edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər