16 İyul 2014 14:52
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində anti-terror əməliyyatı başlayandan etibarən həlak olan hərbçiləri sayı 250-ni ötüb.

Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, qarşı tərəfin itkiləri dəfələrlə çox olsa da, rəsmi rəqəm təqdim olunmur.

“Anti-terror əməliyyatın keçirildiyi vaxt ərzində 258 hərbçimiz həlak olub. Daha 922 nəfər yaralanıb.

İndiyədək əsirlikdə 45 hərbçimiz saxlanılır. Onlardan ikisi vurulan “An-26” hərbi yük təyyarəsinin pilotudur” -deyə, Lısenko bildirib.

Ülviyyə


Müəllif: