16 İyul 2014 15:00

AB üzvlərinin Rusiyaya qarşı yeni sanksiyalara “yaşıl işıq” yandıracağı gözlənilir.


“Çox güman ki, yeni sanksiyalar tətbiq olunacaq. Bu qərar Vaşinqtonun təsiri altında qəbul edilməyib. Avropa Birliyinə üzv ölkələr sanksiyaların zəruri olduqlarını özləri dərk edir”, - deyə, mənbədən bildirilib.

Buna baxmayaraq, Baraka Obama administrasiyası prosesi koordinasiya etməkdə davam edir.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Bayden ukraynalı həmkarı Pyotr Poroşenko ilə telefon danışıqları zamanı “ABŞ Qərb ölkələrinin liderlərinə təsir edəcək və Rusiyaya qarşı yeni qadağalar tətbiq olunacaq”, deyə, bildirib.

Bazar ertəsi Ukrayna nəqliyyat təyyarəsi Rusiya tərəfindən vurulduqdan sonra rəsmi Kiyev Moskvaya qarşı sanksiyaların ciddiləşdirilməsini tələb edib.

An-26 təyyarəsinin vurulmasına görə məsuliyyəti separatçılar öz üzərilərinə götürsələr də, Kiyev hökuməti iddia edir ki, təyyarə PZRK qurğusunun atəşi üçün əlçatmaz olub.

Ülviyyə


Müəllif:
Загрузка...