Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İsfahanın “Nəqşi-cahan” meydanında tərəfdarları qarşısında çıxışında bildirib ki, Ruhani hökuməti nüvə sazişi ilə bağlı birtərəfli olaraq Qərb ölkələrinə çoxlu imtiyazlar verib və əvəzində heç nə əldə etməyib:
“Biz nə keçmişə qayıtmaq istəyirik, nə də indiki vəziyyətə dözürük. Bizim strategiyamız xalqın xeyrinə dəyişiklik edilməsidir. Söz, şüar və danışmaq dövrü artıq başa çatıb və hazırda növbə tədbir və əmələ gəlib çatıb.
Cənab Ruhani! Mənim ürəyim sirlər sandıqçasıdır. Ağzımı açıb danışsam, heç kəs mənimlə bacara bilməyəcək. Lakin prezident olmaq istəyən şəxsin potensialı olmalı, sirr saxlamağı bacarmalıdır”.
Qeyd edək ki, mayın 8-də Həmədan şəhərinə səfər edən Həsən Ruhani tərəfdarları qarşısında çıxış edərək, qarşıdan gələn prezident seçkilərində əsas rəqibi sayılan İbrahim Rəisini dolayısıyla ölkədə dinc müxaliflərə qarşı həyata keçirilmiş repressiyalarda günahlandırıb.
İranda növbəti prezident seçkiləri bu il mayın 19-da keçiriləcək.
Samir