Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə naziri Stepan Poltorak açıqlama verib.
O, bu torpaqların Ukrayna hökumətinin nəzarətinə qayıdacağına əminliyini ifadə edib. Poltorak əlavə edib ki, daxili müharibə zamanı 2655 ukraynalı hərbçi həlak olub: "Ümumilikdə döyüşlərdə 10 min ukraynalı ölüb, 20 min nəfər yaralanıb. Hazırda 43 min kvadrat kilometr ərazi nəzarətimizdə deyil".
Qeyd edək ki, bir müddət öncə Ukrayn Daxili İşlər naziri Arsen Avakov hökumət qüvvələrinə hərbi əməliyyatlara hazır olmaq tapşırığını verib.
Samir