Teleqraf.com xəbər verir ki, torpaq sahəsinə 3 milyard dollar pul ödənilib. Ərazi Honkonqun mərkəzində yerləşir. Daşınmaz əmlakın hərracında 9 kompaniya iştirak edib. Onlardan biri – “Henderson Land” sonda ən yüksək məbləği ödəyib.
Hazırda ərazidə beşmərtəbəli avtomobil parkı yerləşir. Yeni sahibkar binanı sökməyi planlaşdırır. “Henderson Land”ın planına görə, 2022-ci ilədək ərazidə yeni mühüm bina tikiləcək.
Səxavət