16 İyul 2014 16:58
871
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirin Qəzzada atəşkəsin əldə olunması üçün irəli sürdüyü təklif cəmi 6 saat qüvvədə olub. İsrail dünən axşam saatlarında Qəzzanı yenidən bombalamağa başlayıb. HƏMAS uzunmüddətli atəşkəsin əldə olunması üçün şərtlərini açıqlayıb.
HƏMAS-ın hərbi birləşməsi olan İzzeddin el-Kassam Alayı ilk günlər atəşkəsi mğlub olmaq, diz çökmək kimi qiymətləndirib. Amma bu gün təşkilat şərtlərini açıqlayıb.
Şərtlər aşağıdakı kimidir.
Qəzzaya yönələn embarqo aradan qalxmalı, Refah sərhəd keçid məntəqəsi açılmalı, iyulun 12-dən bu yana tutulanlar sərbəst buraxılmalı, Qəzzada balıq ovu üçün nəzərdə tutulan su hövzəsinin genişləndirilməli, İsrail razılığı pozmamalı, hökumətin işlərinə qarışmamalıdır.
HƏMAS-ın siyasi rəhbərlərindən olan İsmail Heniye bildirib ki, embarqo aradan qalxmadan və Qərbi Şeria, Qüdsə hücumlar dayandırılmadan atəşkəs əldə oluna bilməz
Ruslan

Müəllif: