18 May 2017 22:10
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Avstrityadakı səfiri Li Terner hücuma məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Vyana yaxınlığındakı meşədə baş verib.

Səfir bununla bağlı Feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, meşədə gəzərkən qaban sürüsü ona hücum edib.

Hücum zamanı Terner ayağında xəsarət alıb. Məlumata görə, o, qaçarkən yıxılıb və sınıqlar alıb.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər