"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Hüms vilayətinin qubernatoru Ələddin İbrahimin mətbuat üçün bəyanatında bildirilir.
"Bərzədə barışığın üçüncü mərhələsi başa çatıb. Yaşayış məntəqəsini 2672 nəfər tərk edib. Onların 1076-ı silahlılardır", – deyə qubernator vurğulayıb.
Qeyd edək ki, ötən həftə düşmənçilik edən tərəflər arasında xalq barışığı proqramı çərçivəsində silahlıların Kabun yaşayış məntəqəsindən də çıxarılması başa çatıb.