21 May 2017 08:57
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçuları Suriyanın Cizrə Buşams kəndində (Deyr əz Zor əyaləti) bir qrup sakini qətlər yetirib.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, terrorçular mart ayında kürd silahlı dəstələri tərəfindən azad edilmiş kəndə hücum edərək iki qadın və iki uşaq daxil olmaqla 19 dinc sakini edam ediblər. Terrorçular hücumdan geri çəkilərkən əsir götürdükləri bir qrup kürd silahlısını özü ilə aparıb.

Qeyd edək ki, analoji hücum mayın 17-də Xama əyalətinin Akarib əs Səfiyyə kəndinə heum edərək 15-i uşaq olmaqla, 52 nəfəri qətlə yetiriblər, 100-dən çox sakin yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər