21 May 2017 10:11
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Angeles şəhərindən Havayda şəhərinə uçmaq istəyən türk Anil Tufançı təyyarədə xoşagəlməz durum yaratdığı üçün ekipaj onu məcburən kresloya bağlayıb.

Teleqraf.com xəbər verir ki, Anil Tufançı təyyarədə olduğu zaman yaratdığı xoşagəlməz duruma görə ekipaj narahat olub. Bu səbəbdən də Amerikan Hava Şirkətinə məxsus təyyarəyə kömək məqsədilə iki F-22 döyüş təyyarəsi havaya qaldırılıb.

Anil Tufançı təyyarədə ayaqyoluna gedərkən yeri ikinci salonda olmasına baxmayaraq, əşyasını təyyarənin biznes salonuna qoyub. Təyyarə əməkdaşları ondan öz yerinə keçməyi tələb edib. Öz yerinə qayıdan gənc az sonra başına dəsmal bağlayaraq yenidən biznes salona keçməyə cəhd göstərib. Bundan sonra pilot durumu dərhal hava limanına məruzə edib. Anil Tufançını iplə kresloya bağlamağa məcvur olublar. Daha sonra Tufançı məhkəmə qarşısına çıxarılmaq üçün saxlanılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər