21 May 2017 16:14
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada terror təşkilatı Boko Haram tərəfindən qaçırılan qızlardan 82-si sərbəst buraxılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qaçırılan qızlardan 113 nəfərinin hələ də Boko Haram terror təşkilatının əsrliyində olduğu bildirilir. Nigeriya hökuməti bu qızların da azadlığa buraxılması üçün əlindən gələn səyi göstərəyini bəyan edib. Nigeriya hökumətindən verilən açıqlamada, Boko Haram üzvləri olan məhkumların sərbəst buraxılması müqabilində, gənc qızların Kamerun sərhədində azad buraxıldığı bildirilib.

Xatırladaq ki, Nigeriyanın şimal-şərqində Çibok şəhərindəki internat məktəbə 2014-cü ilin aprelində basqın təşkil edən Boko Haram üzvləri 276 qız şagirdi qaçırıb.

Boko Haram mücahidlərinin əsir götürdüyü qızların 57-i sonradan qaçmağı müvəffəq olub. Oktyabr ayında tərəflər arasında aparılan müzakirələr nəticəsində 20 qız sərbəst buraxılıb.

Nigeriya hökuməti tərəfindən açıqlanan məlumatda, oğurlanan nigeriyalı qızların bir çoxunun evlərinə qayıtmaqdan imtina etdiyi, ekstremistlərə məxsus düşərgələrdə qalan yeniyetmələrin əksəriyyətinin artıq radikallaşdığı vurğulanıb. Bildirilir ki, qızlar terrorçularla ailə həyatı yaşadıqları və uşaq dünyaya gətirdikləri üçün evlərinə qayıtmaqdan imtina edirlər. Həmçinin, oğurlanan qızlardan bəzilərinin kamikadze kimi yetişdirildiyi ehtimalları da var.

Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatı 2009-cu ildən bu günə kimi 20 mindən artıq günahsız insan qətlə yetirilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər