Teleqraf.com "Röyter"ə istinadla xəbər verir ki, hadisənin detalları hələlik məlum deyil. Cənubi Koreya tərəfindən verilən məlumata görə, atılan naməlum cismin hələlik nə olduğu tam məlum deyil.
Qeyd edək ki, Şimali Koreya son dövrlərdə həyata keçirdikləri ardıcıl raket sınaqları ilə həm ABŞ, həm Cənubi Koreya, həm də Yaponiyanın kəskin tənqidlərinə məruz qalır. Koreya sonuncu dəfə ötən bazar günü ballistik raketi sınaqdan keçirib. Hvasonq-12 adlı ballistik raket nüvə başlığı daşımaq gücünə malikdir. 2100 kilometr yüksəkliyə qalxa bilən və 787 kilometr məsafə qət edən Hvasonq-12 Yaponiyanın qərb sahillərinə düşmüşdü.