22 May 2017 22:28
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Arton Capital” konsaltinq şirkəti dünyanın ən nüfuzlu pasprtları barədə hesabat yayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 5 kriteriya üzrə hazırlanmış hesabatda ən dəyərli 10 ölkə pasportu müəyyən olunub.

1. İsveç

Bu ölkənin vətəndaşları təkcə 176 ölkəyə vizasız səyahət etmirlər, həm də getdikləri ölkədə yüksək ehtiramla qarşılanırlar. Eyni zamanda, İsveç vətəndaşları bir çox ölkələrlə bağlanmış ikitərəfli müqavilələrə əsasən, ikili və çoxlu vətəndaşlıq hüquqlarına da malikdirlər. Bir çox ölkələrdə vergiləri İsveç qanunları ilə ödəyirlər.

2. Belçika

Avropa İttifaqının paytaxtı hesab olunan Belçikanın vətəndaşları bütün qitə ölkələrini, eləcə də dünyanın 174 ölkəsini vizasız gəzə bilirlər. Belçikalılar bir çox ölkələrdə vergidən azaddırlar. Həmçinin ikili və çoxlu vətəndaşlıq hüquqlarına da malikdirlər.

3. İtaliya

İtaliya vətəndaşları da Avropa ölkələri ilə yanaşı dünyanın 175 ölkəsinə sərbəst, vizasız girib çıxa bilirlər. Onlar da bir çox ölkə ilə ikili və çoxlu vətəndaşlıq hüququna malikdirlər. Bir çox xarici ölkələrdə vergidən azaddırlar.

4. İspaniya

İspaniya vətəndaşları da italyanlar kimi Avropa ölkələri ilə yanaşı dünyanın 175 ölkəsinə sərbəst, vizasız girib-çıxa bilirlər. Bir çox ölkələrdə ikili vətəndaşlıq hüququna malikdirlər, vergidən azaddırlar.

5. İrlandiya

İrlandiya vətəndaşları da dünya ölkələri tərəfindən rəğbətlə qarşılanan qonaqlar siyahısındadır. İrlandiya pasportu ilə 172 ölkəyə vizasız getmək mümkündür.

6. Finlandiya

Finlandiya pasportu səyahət üçün ən dəyərli pasport titulunu qoruyub saxlayır. Fin vətəndaşları 175 ölkəyə vizasız gedə bilirlər. Finlandiya pasportunun səhifələri maral vücudunun müxtəlif formaları əsasında hazırlanıb və səhifələri çevirdikcə sanki maral silueti qaçır.

7. Almaniya

Almaniya pasportu da ən dəyərlilərdən hesab olunur. Almaniya pasportuna sahib insanlar 176 ölkəyə vizasız və vergisiz səyahət edə bilir, ikili-çoxlu vətəndaşlıq hüquqlarına malik ola bilir.

8. Danimarka

Danimarka vətəndaşları da 174 ölkəyə vizasız gedə bilir. Danimarkalılar dünyada ən xoşbəxt xalq hesab olunur. Bir çox ölkə ilə ikili vətəndaşlığa sahibdirlər və insan hüquqları qorunan ölkələr siyahısında da ön pillədədirlər.

9. İsveçrə

İsveçrə vətəndaşlarına verdiyi dəyərə görə fərqlənən ölkələrdən hesab olunur. Vətəndaşı xaricdə yaşayarkən onu vergidən azad edir və xaricdə yaşayan ikili vətəndaşlığı olanların da bütün hüquqlarını qoruyur. İsveçrə vətəndaşları 172 ölkəyə sərbəst, vizasız səyahət edə bilir.

10. Lüksemburq

Dünyanın ən balaca ölkələrindən olan Lüksemburqun vətəndaşları ən çox hörmət görən insanlardan hesab olunurlar. Lüksemburqlular nə az nə çox, düz 172 ölkəyə vizasız gedə bilirlər. Lüksemburq özəl sektorun, bankçılığın mükəmməl qurulduğu ölkələrdəndir.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər