22 May 2017 23:55
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, səfirə ona həm yazılı, həm də şifahi qaydada etiraz bildirilib. Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə Vaşinqtona səfəri zamanı ABŞ təhlükəsizlik xidmətinin qeyri-peşəkar fəaliyyəti olub.

Türkiyənin xarici siyasət idarəsi ABŞ hökumətindən diplomatik insidentin tam təhqiq olunmasını və lazımi izahatın verilməsini rəsmi şəkildə tələb edib.

Qeyd edək ki, mayın 16-da Türkiyə səfirinin Vaşinqtonun mərkəzində yerləşən iqamətgahı yaxınlığında PKK terror təşkilatının tərəfdarları ilə Ərdoğanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurma baş verib. Hadisə nəticəsində 9 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xarici KİV-lərin məlumatına əsasən, ABŞ Konqresinin nümayəndələr palatasının xarici məsələlər komitəsinin sədri Ed Roys insidentlə əlaqədar Türkiyə liderinin təhlükəsizlik xidmətinin əməkdaşlarını məsuliyyətə cəlb etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər