Mançesterdə baş vermiş terrorla bağlı Böyük Britaniyanın siyasi partiyaları seçkiqabağı təbliğatı dayandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Leyboristlər partiyasının lideri Ceremi Korbin baş nazir Tereza Mey ilə telefon danışığı zamanı razılıq əldə olunub.
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri iyunun 8-nə təyin olunub.