Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, 20 yaşlı gənclərdən birinin adı Yasəmən Atasevər, digərininki Rumeysa Kadakdır.
Yasəmən Atasevər skripka çalır, zərgərlik və dizayn işləri ilə məşğul olur. O, həm də universitetdə birinci kursda oxuyur. Üzv olduğu Gənclər Təşkilatında "Latın Amerikasında media, təhsil, hüquq, siyasət və iqtisadiyyat"ı mövzularında çıxışlar edir. Rumeysa Kadak isə Meridian Dərnəyində üzv və universitetdə tələbə həmkarlar təşkilatının sədr müavinidir.
Ərdoğanın diqqəti sayəsində gənc qızlar AKP-də irəli çəkilib.
Qeyd edək ki, son konstitusiya dəyişikliyindən sonra AKP-yə sədr seçilmək hüququ alan Rəcəb Tayyib Ərdoğan partiyada gəncləşmə kursuna start verib.