23 May 2017 22:58
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə PKK terror təşkilatının Suriya qolu sayılan YPG silahlılarına qarşı əməliyyatlar üçün 10 minlik ordu qurmağa hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ordudakı əsgərlər Azad Suriya Ordusu ilə birlikdə Suriyada qurulacaq təhlükəsizlik bölgəsində sabitliyin qorunmasına nəzarət edəcəklər.

Məlumatlara görə, yeni qurulmuş ordu suriyalılardan ibarət olacaq və gələcəkdə onların sayı artırılacaq.

"Sputnik"də yer alan xəbərdə Türkiyənin təhlükəsizlik bölgəsini Cerablusdan İdlibə qədər olan ərazidə qurmaq istədiyi bildirilib.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər