24 May 2017 23:56
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Mançester şəhərində terror aktı törətmiş 22 yaşlı Salman Abedinin atası Ramazan Abedin Liviya polisi tərəfindən paytaxt Tripolidə saxlanıb.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, Ramazan polisə ifadəsində oğlunun Mançesterdəki terrorla heç bir əlaqəsinin olmadığını deyib.

Qeyd edək ki, terrorçunun kiçik qardaşı, 20 yaşlı Haşim Abedi də bu gün səhər saatlarında Liviyada saxlanılıb. O, İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər