Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Haşimin Liviyadakı silahlılarla əlaqəsi olduğu aydınlaşıb.
Məlumatı İngiltərə Daxili İşlər Nazirliyinin nümayəndəsi verib. Bildirilib ki, Haşimin Abedinin Liviyanın paytaxtı Tripolidə törədilən terror aktında əli olub.
Bununla da Mançester terrorunda şübhəli bilinərək, həbs olunanların sayı 7-yə çatıb.
Bu arada, Salman Abedinin yaşadığı evdə aparılan axtarışlar zamanı əldəqayırma partlayıcını hazırlamaq üçün istifadə edilən qurğu aşkar olunub.
Qeyd edək ki, məlum hadisə zamanı 22 nəfər həlak olub, 119 nəfər yaralanıb. Olaydan sonra Salman Abedinin atası həbs olunub.