Saat 14:24
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, polis dərhal yaşayış binasının sakinlərini evakuasıya edib.
Məlumatlara görə, bomba işlək vəziyyətdə olub. Hazırda hadisə yeri nəzarətə götürülüb.
***
Moksvada yaşayış binasında evakuasiyanın səbəbləri məlum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatlara görə, evakuasiya səbəb binada məskunlaşan İŞİD terrorçularının zərərsizləşdirilməsi olub: "Əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqəli olan 4 nəfər saxlanılıb. Onlar Rusiya və Orta Asiya vətəndaşlarıdır. İŞİD-çilər Moskva nəqliyyatında terror aktı törətməyi planlaşdırıbmış. Evdə aparılan axtarışlar zamanı partlayıcı qurğunun hazırlanması üçün vasitələr aşkar edilib".