26 May 2017 01:52
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Türkiyə prezidentindən jurnalisti azad etməyi xahiş edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Angela Merkellə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Brüsseldə görüşüb. NATO sammiti çərçivəsində bir araya gələn liderlər İncirlik aviabazası ilə də bağlı müzakirələr aparıblar. Görüşdə Angela Merkel hazırda Türkiyədə həbsdə olan alman jurnalist Dəniz Yücəlin azadlığa buraxılmasını Ərdoğandan xahiş edib.

Qeyd edək ki, Almaniyanın məşhur mətbu orqanlarında sayılan “Di Velt”in Türkiyə üzrə nümayəndəsi Dəniz Yücəl 2017-ci ilin 14 fevralında terror təbliğatı aparmaq ittihamı ilə həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər