Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, buna səbəb Misirdə kopt xristianlarının olduğu avtobusun atəşə tutulması nəticəsində 28 nəfər həlak olmasıdır. Paris bələdiyyəsinin başçısı Ana Hidalqon bu addımla həyatını itirən şəxslərin xatirəsinə ehtiram olaraq atıldığını deyib.
Qüllənin işıqları London, Orlando, Sankt-Peterburq və Brüsseldəki terror hücumları zamanı da söndürülmüşdü.
Misirin cənubundakı Əl-Minya əyalətində avtobusa edilən hücum nəticəsində 28 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.