Teleqraf.com-un "İnferfaks"a istinadən xəbərinə görə, qırıcılar Şotlandiyadakı bazadan havalanıb. Buna Rusiya hərbi təyyarələrinin Böyük Britaniya sərhədlərinə yaxınlaşmasının səbəb olduğu bildirilir.
Lakin hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
İndependent qəzetinin məlumatına görə, iki qırıcı ilə yanaşı yanacaqdolduran Voyager KS3 təyyarəsi də havaya qalxıb.
Rusiya tərəfi isə Tu-22M3 bombardmançılarının neytral ərazidə - Norveç dənizi üzərində və Barantsev akvatoriyasında plana uyğun uçuş həyata keçirdiklərini açıqlayıb.